Səna hələ də Səudiyyə Ərəbistanının hücumlarına məruz qalır

Maide.az-ın məlumatına görə, Yəmən və Səudiyyə Ərəbistaının sərhədlərində quru döyüşlər şiddətlənib.

Bununla yanaşı Yəməndə 75 kilometr radiuslu 3 raketi eyni anda atmaq qabiliyyətinə malik "Zilzal" raket sisteminin təqdimatı keçirilib. Yəmənin daxilində istehsal olunan ikinci raket sistemi bu ölkənin hərbi mütəxəssisləri tərəfindən istifadəyə verilib. 

Zilzal raket sistemi Yəmən ordusu və xalq qüvvələrinin hərbi sənaye mütəxəssislərinin yeni nailiyyəti hesab olunur və Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin hücumları ilə mübarizə üçün yüksək dağıdıcı qabiliyyətə malikdir.

Bəzi xəbər dairələri Yəmən ordusunun Səudiyyə Ərəbistanının Əsir məntəqəsində Eynul-Harrə hərbi bazasına nəzarəti ələ keçirdiyini bildiriblər. 

Səna və Yəmənin digər şəhərləri Səudiyyə rejimi tərəfindən tətbiq olunan mühasirəyə görə, dərman çatışmazlığı ilə üzləşiblər. Yəmənə qarşı tətbiq olunan hava, quru və dəniz mühasirəsinə görə, bu ölkədə tibbi xidmətlər gün-gündən daha da acınacaqlı hal alır və dərman, xüsusilə də təhlükəli xəstəliklərin müalicəsi üzrə dərman çatışmazlığı xəstələri çıxılmaz vəziyyətlə üzləşdirib. 

Təxminən ehtiyac duyulan dərman preparatlarının 90% xaricdən təmin olunan Səna, Ədən və Yəmənin digər şəhərlərində dərman çatışmazlığı və tibbi təchizatın olmaması, hava, quru və dəniz mühasirəsinin davam etməsi ilə daha da şiddətlənib. 

Google+ WhatsApp ok.ru