Sərhədsiz həkimlər Yəməndə insan faciəsi barədə xəbərdarlıq etdi

Sərhədsiz Həkimlər Təşkilatının Yəməndəki ofisinin sədri faciəvi insan vəziyyəti, xüsusilə də bu ölkənin bir çox bölgəsində səhiyyə problemləri barədə xəbərdarlıq edib.
 
Maide.az-ın məlumatına görə, Mari Elizabet İncers "Observator" nəşrinə müsahibəsində deyib ki, Yəməndə bir çox yaralının müalicə olunması üçün yeri yoxdur və bombalanmış bölgələrdə xəstələr və yaralılara dərman göndərmək və fəaliyyətlərini davam etdirmək üçün bir çox təşkilat problemlə üzləşib. 
 
Sərhədsiz Həkimlər Təşkilatının Yəməndəki ofisinin sədri yanacaq, qida maddələri, su və dərman preparatlarının çatışmazlığı ilə əlaqədar bildirib ki, Yəmənin müxtəlif bölgələrində qida maddələri, dərman preparatları və su çox çətinliklə tapılır. 
 
Sərhədsiz Həkimlər Təşkilatının sədri humanitar yardımları daşıyan təyyarələrin enişi üçün Yəməndə bir məntəqənin yaradılmasını istəyib.

Google+ WhatsApp ok.ru