Həsən Nəsrullah: Ərəbistan bu  qətliamı bilərəkdən törədib

Həsən Nəsrullah: Ərəbistan bu qətliamı bilərəkdən törədib

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Səudiyyə rejiminin Sənada törətdiyi qətliama münasibət bildirib və  Səudiyyə rejiminin başçılıq etdiyi koalisiyanın Sənaya hücumunu və yas mərasimini bombalamasını pisləyib. 
 
Maide.Az xəbər verir ki,  Seyid Həsən Nəsrullah deyib ki, Ərəbistan bu cinayəti və qətliamı bilərəkdən törədib. "Səudiyyə Ərəbistanın bu gün Sənada törətdiyi bu cinayət dünya güclərindən bir çoxunu rüsvay edəcək."
 
H.Nəsrullah deyib ki, əminəm ki, Yəmən xalqı  öz səbri və fədakarlığı ilə  qələbə qazanacaq.
 
Yəmən xəbər qaynaqlarının məlumatına görə, Sənada yas mərasiminin bombalanması nəticəsində indiyədək 160-a yaxın dinc sakin həyatını itirib, 500-dən çox insan isə yaralanıb.

Google+ WhatsApp ok.ru