Hudeyda  və ətraf bölgələrdə atəşkəs haqqında razılıq əldə olunub

Hudeyda və ətraf bölgələrdə atəşkəs haqqında razılıq əldə olunub

Yəmənlilər Hudeyda  və onun ətraf bölgələrində təcili atəşkəsin əldə olunmasına dair saziş layihəsi ilə razılaşıb. 
 
Maide.Az  “almayadeen”  saytına istinadən xəbər verir ki, saziş layihəsinə əsasən Hudeyda şəhəri və onun limanı,  Əs-Salif, Rəs İsa bölgələrində təcili atəşkəs elan olunur.  
 
Münaqişənin hər iki tərəfindən qüvvələr adı çəkilən bölgələrdə yerləşdiriləcək.   
 
Saziş layihəsinə əsasən, Yəmən tərəfi  Hudeydə bölgəsinə heç bir hərbi texnika yerləşdirməyəcək və şəhərdəki mövcud hərbi texnikaları çıxaracaq. 
 
Qeyd edək ki,  ötən həftənin cümə axşamı günündən Yəmən böhranı və sülh müzakirələri   Cenevrədə aparılırdı.  Danışıqlar bu gün başa çatıb. 
 
BMT baş katibi Antonio Guterres bu gün  müzakirələrin sonunda keçirdiyi mətbuat konfransında qeyd edib ki,  müzakirələrdə Yəmən böhranının həlli üçün çox önəmli nəticələr əldə olundu. Təzz əyalətində işlərin daha rahat aparılması haqqında razılıq əldə etdik. 
 
Müzakirələr  Yəməndə böhranın  siyasi danışıqlar yolu ilə tam həllinə çatana kimi davam etdirilməlidir. 
 

Google+ WhatsApp ok.ru