Yəməni bombalayan qırıcıların benzin pulu ABŞ-a ödənməyib

Yəməni bombalayan qırıcıların benzin pulu ABŞ-a ödənməyib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), ABŞ-ın Yəmənə təcavüz edən koalisiyaya qüvvələrinə verdiyi yanacaqdoldurma dəstəyinin xərcinin təkrar hesablandığını və Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmrliklərindən (BƏƏ) 331 milyon dollar tələb ediləcəyini açıqlayıb.
 
Maide.az AA-ya istinadla xəbər verir ki, Pentaqon sözçüsü Mayor Rebecca Rebarich açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı bu xərcləri tam olaraq ödəməyib.
 
Bu hesablamaların təkrar aparıldığını qeyd edən Mayor Rebarich Nazirliyin bu mərhələdə verilən yanacağın maliyyə dəyərini Səudiyyə Ərəbistanı və BƏƏ-dən “Qarşılıqlı Xidmət Sazişi” çərçivəsində tələb etdiklərini bildirib.
 
"Spesifik olaraq Nazirlik yanacaq və yanacaq doldurma xidmətləri ilə uçuş saatları üçün təxminən 331 milyon dollar tələb edir. (yanacaq: 36,8 milyon, və uçuş saatları: 294,3 milyon dollar). Regiondakı şirkətlərimiz ayrı-ayrı olaraq xərcləri tələb etmə niyyətimizi onlara çatdırıb və bizə verdikləri borcun təxmini rəqəmini bildirib. CENTCOM-un hesablarda səhv edib, ancaq xərclərin təkrar hesablanıb Səudiyyə Ərəbistanı ilə BƏƏ-dən alınacaq.”
 
Qeyd edək ki, ABŞ həmdə  Yəməndə dinc sakinləri, xəstəxana və məktəbləri bombalayan Səudiyyənin başçılıq etdiyi koalisiya qüvvələrinə silah satışında lider ölkədir. 
 
"Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnistitutu" nun hesabatına görə, son 5 ildə Səudiyyə Ərəbistanına ən çox silah satan ölkə ABŞ olub.
 
Qeyd edək ki, artıq 5 ilə yaxındır ki,  Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.  
 
 

Google+ WhatsApp ok.ru