Human Rights Watch: `Səudiyyə Yəmənin yaşayış rayonlarını kaset bombalarından atəşə tutdu`

Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiya Yəmənin paytaxtı Sənanın yaşayış rayonlarını qadağan olunan kaset bombalarından atəşə tutub.
 
Deyerler.org-un "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, Səudiyyə qırıcıları mülki vətəndaşların yaşadığı əraziləri bombardman ediblər. Bu bombardman nəticəsində həlak olan və yaralananlar haqqında hələ ki, məlumat verilmir.
 
"Mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların istifadə edilməsi hərbi cinayətdir", - deyə sözügedən təşkilatdan bildiriblər. /
 

Google+ WhatsApp ok.ru