Klinton: Ərəbistan Yəmənin əvəzinə, diqqəti İŞİD-lə mübarizəyə yönəltsin

ABŞ-ın keçmiş dövlət katibi Hilari Klinton Səudiyyə Ərəbistanına və Qətərə tövsiyyə edib ki, öz vətəndaşlarının fundamentalist təşkilatlara “birbaşa maliyyə yardımlarını” dayandırsın, xüsusilə də Səudiyyə Ərəbistanını Yəmənlə qarşıdurmalardan diqqətini İŞİD-lə mübarizəyə yönəltsin.
 
Maide.az xəbər verir ki, növbəti prezident seçkilərnə demokratlar tərəfindən potensial namizədlərdən olan xanım Klinton Amerika Xarici Əlaqələr Şurasının Nyu-Yorkda keçirilən toplantıdakı çıxışında İŞİD-lə mübarizə aparmaq üçün 3 əsas yol tövsiyyə edib: 1- Suriyada İŞİD-i məğlub etmək, 2- terrorizmin inkişaf infrastrukturunu sıradan çıxarmaq və dünyanın dörd bir yerində onun iqtisadi və təbliğat qanadlarının kökünü kəsmək, 3- daxili və xarici təhdidlər qarşısında öz və müttəfiqlərin müdafiəsini gücləndirmək.
 
Klinton Səudiyyə Ərəbistanını və Türkiyəni “Yəmən qarşıdurmasından” və “kürd qüvvələrlə toqquşmalardan” İŞİD-lə mübarizəyə yönəlməyə səsləyib.
 
Xanım Klinton həmçinin etiraf edib ki, hazırki şəraitdə ABŞ-ın Suriya prezidenti Bəşar Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istəyi başlıca prioritet deyil./

Google+ WhatsApp ok.ru