Yəmən ordusu Səudiyyə koalisiyasının 200 muzdlusunu məhv etdi

Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiyanın 200 muzdlusu Yəmənin aparıcı Ənsarullah Husilər hərəkatının Bab-əl-Məndab boğazının yaxınlığında yerləşən hərbi bazasına hücum etməyə cəhd ediblər.
 
Yaxın Şərq KİV-lərinin məlumatına görə, Səudiyyə muzdluları Yəmən ordusunun pusqusuna düşüblər. Baş verən şiddətli toqquşma nəticəsində koalisiyanın 200 muzdlu döyüşçüsü məhv edilib. Səudiyyə koalisiyasına daxil olan məlumata görə, Ənsarullah Husilər hərəkatı sözügedən hərbi bazanı tərk ediblәrmiş. Koalisiya qüvvələri bu bazanın boş olduğunu zənn edərək hücuma keçmişdi. Lakin sonra onlar Ənsarullah Husilər hərəkatının pusqusuna düşüblər.deyerler.org /
 

Google+ WhatsApp ok.ru