Mənsur Hadinin müavinin Yəmənin cənubuna məqsədyönlü səfəri

Maide.az-ın məlumatına görə, Ənsarullah hərəkatı ilə müttəfiq olan Əlhəqq Partiyasının siyasi bürosunun baş katibi olan Əhməd Əlbəhri bazar ertəsi günü Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin müavini Xalid Bəhahın Ədənə səfərinə işarə edərək bildirib ki, bu səfər Mənsur Hadinin tərəfdarlarına təsir etmək üzrə media təbliğatı, eləcə də Ali-Səud ilə onun muzdurlarının Yəmənin cənubundakı məğlubiyyətlərini ört-basdır etmək məqsədilə həyata keçirilib.
 
Qeyd edək i, Yəmənin istefa vermiş fərari baş naziri Xalid Bəhah ötən şənbə günü Ədən hava limanında atəşə məruz qalıb və Ədəndə yarım saat olduqdan sonra yenidən Ərəbistana qaçıbdır.

Google+ WhatsApp ok.ru