Ümumdünya İslami Sülh Assambleyası Səudiyyənin Yəmənə təcavüzünü pisləyib

Ümumdünya İslami Sülh Assambleyası (ÜİSA) bəyanat yayaraq Səudiyyə Ərəbistanının Yəmənə  təcavüzünü beynəlxalq humanist prinsiplərinə açıq-aşkar zidd olduğunu bildirərək ona qarşı cinayət işinin açılmasını tələb edib.
Maide.az PressTV-yə istinadən məlumat verir ki, Ümumdünya İslami Sülh Assambleyası bu gün bəyanat yayıb.
Bəyanatda deyilir: Sudiyyə Ərəbistanının ABŞ və bəzi ərəb dövlətlərinin dəstəyi ilə Yəmənə qarşı həyata keçirdiyi geniş hücumlar nəticəsində indiyədək 1900-dən çox mülki şəxs həlak olub və yaralanıb. Yəməndə gedən qırğın və bu ölkənin iqtisadi infrastrukturunun, tarixi və dini abidələrinin, məktəb və xətəxanalarının dağıdılması 1949-cu il Cenevrə Konvensiyasına əsasən hərbi cinayətdir və beynəlxalq ictimaiyyət xüsusilə Beynəlxalq Qızıl Xaç Komitəsi bu cinayətləri pisləməli, konvensiyanın müddəalarına riayət edilməsinə zəmanət verməli və lazımi hüquqi tədbirlər həyata keçirməlidir.
Bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanı da BMT-yə üzv ölkə kimi, BMT nizamnaməsinin müddəalarına və digər beynəlxalq qanunlara o cümlədən ölkələrə qarşı güc tətbiq edilməməsi, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması, xalqların öz müqəddəratını təyin etmə hüququ kimi prinsiplərə sadiq qalmalıdır.
Bəyanatda həmçinin bildirilir ki, ÜİSA  İslam Əməkdaşlıq Təşkilatı və Bloklara Qoşulmayan Ölkələr Hərəkatından öz nizamnamələrində üzv ölkələrin hüquqlarına dəstək barədəki öhdəliklərinə əməl etmələrini və təcavüzkara qarşı cəzalandırıcı və siyasi tədbirlər həyata keçirmələrini istəyir./

Google+ WhatsApp ok.ru