Yəmənli mübarizlər Səudiyyə muzdurlarına ağır zərbələr endiriblər

Yəmənin “Səba.net” Agentliyinin yaydığı son məlumata görə, Yəmən ordusu və milli qüvvələri Mareb vilayətində yerləşən Səh əl-Hen hərbi bazasını və üçüncü hərbi dairənin qərargahını "Katyuşa" raketləri ilə atəşə tutublar.
 
Maide.az xəbər verir ki, bu hücum nəticəsində bir qrup muzdur ölüb və yaralanıb, habelə onların silah anbarları hədəfə alınıb.
 
Yəmənli mübarizlər eləcə də Təəz vilayətində əldə etdikləri döyüş nailiyyətlərinin davamında Səbr əl-Movadem şəhərindəki Cəbəl əl- Məhruz rayonunun təhlükəsizliyini bərqərar etməyə və bir qrup Səudiyə muzdlularını məhv etməyə qadir olublar.
 
Yəmənlilər eyni zamanda Mesrax şəhərindəki strateji Cəbəl əl-Şəcərə bölgəsinə, həmçinin Təəz vilayətində Bəlan və Ozləh əl-Əqruz rayonlarına nəzarəti ələ ala biliblər.
 
Yəmən ordusu və milli qüvvələri Ərəbistanın Ceyzan vilayətindəki əl-Mosəffeq və əl-Xucəre hərbi bazalarındakı Səud rejiminə məxsus hərbi maşınları raket atəşinə tutaraq sıradan çıxarıblar.
 
"əl-Məyadin" telekanalının məlumatına görə, Ərəbistan qırıcılarının Yəmənin qərbindəki əl-Xuxə şəhərindəki balıqçı qayıqlarına hücumu nəticəsində bir nəfər həlak olub, onlarla insan xəsarət alıb.
 
Səud rejiminə məxsus hərbi təyyarələr eləcə də Yəmənin əl-Hədide vilayətində yerləşən əl-Menzad hərbi bazasını və Hocc vilayətininin Heyran şəhərindəki yaşayış məntəqələrini bombalayıb.
 
Ərəbistanın hava hücumları nəticəsində Səhar şəhəri və Səde vilayətinin digər rayonları da kaset bombaların hədəfinə çevrilib.
 
Səudiyyə qırıcıları Heydan və Saqin şəhərlərində humanitar yardım daşıyan üç yük avtomobilini hədəfə alıb./

Google+ WhatsApp ok.ru