İran Səudiyyə Ərəbistanının Yəmənin Əl-Hədid bölgəsində dinc sakinləri qətliam etməsini pisləyib 23 Sentyabr 2016 01:00 Yəmən İran Xarici İşlər Nazirliyinin sözcüsü Bəhram Qasimi, Səudiyyə Ərəbistan rejiminin Yəmənin Əl-Hədid bölgəsinə hücumu nəticəsində onlarla dinc sakinin qətliam edilməsi və yaralanmasına görə bu ölkəni sərt şəkildə qınayıb. Maide.Az xəbər verir ki, B.Qasimi bəyanat yayaraq Səudiyyə rejiminin başçılığı altında koalisiya qüvvələrinin Yəmənin Əl-Hədid bölgəsində 50-dən çox dinc sakinin şəhid olması və yüzlərlə insanın yaralanması ilə nəticələnən hücumunu pisləyib və bu təcavüz nəticəsinə həlak olanların ailələrinə baş sağlığı verib. Qeyd edək ki, iki gün öncə öncə Səudiyyə rejimi qüvvələri Yəmənin Əl-Hədid bölgəsini bombalamışdı. Hadisə nəticəsində 50 yəmənli döyüşçü şəhid olmuş, onlara əsgər isə yaralanmışdı. B.Qasimi deyib ki, təssüflər olsun ki, ölkələrin və beynəlxalq qurumların laqeydliyi və bəzi ölkələrin Ərəbistana silah satışını davam etdirməsi bu rejim həyasızcasına Yəmənin müdafiəsiz və məzlum xalqına qarşı hücumlarını artırır və davamlı təcavüzünü davam etdirir. Bəhram Qasimi baş verən hadisələri dəyərləndirərkən qeyd edib ki, qərb ölkələrinin Yəməndə baş verənlərə və günahsız insanların öldürülməsinə göz yumması və Ərəbistana dağıdıcı silah axının qarşısının alınmaması heç şübhəsiz dünya ictimaiyyətinin onlara qarşı nifrətini artıracaq və insanlar uşaq qatili Ərəbistan rejiminin cinayətlərində onları da şərik biləcəklər. Teqlər : #İran Səudiyyə Ərəbistanının Yəmənin ƏlHədid bölgəsində dinc sakinləri qətliam etməsini pisləyib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyənin aviazərbələri nəticəsində Yəməndə 25 mülki şəxs həlak olub Yəmən münaqişəsi ərzində ölən və yaralananların sayı açıqlandı - TƏFƏRRÜAT
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'