Səudiyyənin aviazərbələri nəticəsində Yəməndə 25 mülki şəxs həlak olub

Səudiyyənin aviazərbələri nəticəsində Yəməndə 25 mülki şəxs həlak olub

 
Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiyanın Yəmənə endirdiyi aviazərbələrin ardı kəsilmək bilmir.
 
Rusiya KİV-lərinə istinadən verilən xəbərə görə, Səudiyyənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin Hudeyda şəhərinə endirdiyi aviazərbələr nəticəsində 25 nəfər həlak olub, xeyli sayda insan isə yaralanıb. Bundan əvvəl həlak olanların sayının 11 olduğu qeyd olunurdu. Bu hücum nəticəsində 73 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Eyni zamanda Səudiyyə aviasiyası bir neçə yaşayış evini də yerlə bir edib. (deyerler.org) /

Google+ WhatsApp ok.ru