Səudiyyə döyüş təyyarələri UNİSEF-in yardım gəmilərini hədəfə alıb

Yəmənin əl-Məsirə televiziya kanalının verdiyi xəbərə əsasən, Səudiyyə döyüş təyyarələri Yəmən xalqı üçün humanitar yardım daşıyan UNİSEF-ə məxsus gəmiləri hədəfə alıb.
Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə qırıcıları Yəmənin şimal-qərbindəki Saada əyalətilə əlaqə saxlayan gəmilərə hava zərbələri endirib.
UNİSEF mayın 17-də 5 günlük atəşkəslə bağlı Yəməndə həyata keçirdiyi yardımlarla bağlı son hesabatında ətraflı məlumat verib.
“Atəşkəs zamanı, UNİSEF ölkə üzrə münaqişədən əziyyət çəkən insanları əhatə edəcək yadımı çatdırmağı bacarıb. Ancaq humanitar yardımlar ərzaq və yanacaqla bağlı kommersiya idxalının müntəzəm təchizatı kəsilmiş 26 milyon insanın gündəlik tələbatlarını təmin edə bilməz", - deyə  UNİCEF-in Yəmən üzrə nümayəndəsi Jülyen Harneis bildirib.
Atəşkəsin başa çatmasından dərhal sonra, Ər-Riyad Yəmən xalqına qarşı hava hücumlarını bərpa edərək Ədən liman şəhərinə bir neçə istiqamətdə hava zərbələri endirib.
Səudiyyə döyüş təyyarələri təcili himanitar yardımlarla bağlı tonlarla ərzaq və tibbi məhsulları daşıyan UNİSEF-in gəmilərini  İranın gəmiləri zənn edərək hədəfə alıb. Gəmi hal-hazırda istiqamətini Hudeydah limanına doğru dəyişdirib. Ər-riyad rejimi artıq İranın Yəmənə humanitar yardım göndərməsinə mane olur./

Google+ WhatsApp ok.ru