Səudiyyə və müttəfiqləri Yəməndə bazarı bombaladı – 20 ölü var /VİDEO/

Səudiyyə və müttəfiqləri Yəməndə bazarı bombaladı – 20 ölü var /VİDEO/

Səudiyyə Ərəbistanın hərbi təyyarələri ötən gün Yəmənin əl-Hudeyda əyalətində bir bazara və ticarət obyektinə hava zərbəsi endirib.
 
Maide.Az  "SalamNews"a istinadla xəbər verir ki, hava zərbələri əyalətin Beytul-Fəqih bölgəsində bir bazara və ticarət obyektinə endirilib.
 
Məlumata görə burada 20 nəfər həyatını itirib və 10-dan çox yaralanıb.
 
Bundan öncə əl-Hudeyda əyalətinin inzibati mərkəzi əl-Hudeyda şəhərində İyul-7 kvartalında endirilən hava zərbələrində də 3 nəfər həyatını itirmiş və 6 nəfər yaralanmışdı.
 
Həlak olan və yaralananlar mülki vətəndaşlardır.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində və humanitar yardımın əngəllənməsi səbəbindən ölkədə kütləvi xəstəliklər hökm sürür. Bu müddət ərzində 25 min civarında mülki şəxsin həyatını itirdiyi deyilir.
 
 

Google+ WhatsApp ok.ru