Yəməndə amerikalı həlak oldu

Yəmən əsilli Amerika vətəndaşı Ərəbistan qırıcı təyyarələrinin hücumu nəticəsində Ədən Beynəlxalq hava limanının yaxınlığında yerləşən Xor Məksər məhəlləsində həlak olub.
Maide.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmiləri bildiriblər ki, Amerika vətəndaşı olan Camal Saleh Əbdülləbəni Kaliforniya ştatında yaşayan iş adamlarından olub və öz yaxınlarını görmək üçün Yəmənin cənubuna səfər edibmiş. 
Əl-Ləbəni Yəməndən uçuşların dayandırılmasına görə, Amerikaya qayıda bilməmişdi./
 

Google+ WhatsApp ok.ru