Yəmənə hücum Səudiyyədə şahzadələri fikir ayrılığına saldı

Səudiyyədə iki şahzadə ailəsi arasında Yəmən mövzusunda fikir ayrılığı yaranıb .
İslamazeri.az-ın "Əl Aləm"ə istinadən verdiyi xəbərə görə, Səud şahzadələrindən Vəlid Bin Tallal ABŞ-ın Səudiyyəni bölmək və zəflətmək istədiyini, yüksək rütbəlilərdən Muhəmməd bin Salman və Muhəmməd bin Naif kimi gənc liderlərin Səudiyyənin gələcəyilə oynamasına izin verməməyə çağırıb.  
Səudiyyə vəliəhdi Mukrin bin Əbdüləziz də, Səudiyyənin Yəmənə hücumuna qarşı çıxaraq sabiq kralın oğlu və Milli Mühafizə naziri Mətəb bin Abdullahın sırasına qatılıb.   Yəmənə hücuma qarşı çıxan Səudiyyə şahzadələrindən Xalid bin Tallal da, sosial şəbəkədəki şəxsi hesabından Kral Salmanın Şarm Əş Şeyxdəki Ərəb birliyiin qərarını gözləmədən "Qaranlıq firtınası" əməliyyatının başladılmasını Ərəb Birliyi ölkələrinə hörmətsizlik olduğunu söyləyib.
Hərbi ekspertlər, Səud ordusunun ABŞ-dan sadəcə təlim görən, amma modern silahların istifadə qaydasına sahib olmayan "kirayəlik bir ordu" olduğunu bildirərək Səud koalisiyasının Yəmən hücumunun Səudiyyənin zərərinə olacağını bildirirlər. /

Google+ WhatsApp ok.ru