Yəmən xalqının Ərəbistanın hərbi müdaxiləsinə qarşı aksiya keçirib

Yəmən xalqı aksiya keçirərək, Ərəbistanın hərbi müdaxiləsini pisləyib. Yəmənin paytaxtından 100 kilometr cənubda, Zəmar məntəqəsində yerləşən Əlşərq şəhərinin əhalisi dünən aksiya keçirərək, Ərəbistan qırıcıları tərəfindən Yəmən vətəndaşlarının qırğın edilməsi və infrastrukturların dağıdılmasını pisləyib.
 
Aksiya iştirakçıları beynəlxalq təşkilatların humanitar yardımlarının tez bir zamanda göndərilməsi üçün şəraitin yaradılması, ölkələrinə hərbi hücumların dayandırılması üçün Ərəbistana təzyiqin göstərilməsi və xalqa yardımın çatdırılmasının sürətləndirilməsini istəyiblər.
 
Bu aksiyada vurğulanıb ki, Ərəbistanın Yəmən xalqına qarşı cinayətləri cavabsız qalmayacaq. Və Ərəbistanın hərəkətləri qeyri-insanidir və səmavi dinlərlə təzaddadır. 
Aksiyaçılar həmçinin Yəmən böhranının üçün dinc həll yollarının icrasını istəyiblər.

Google+ WhatsApp ok.ru