Yəmən xalq ordusu Səudiyyənin Əl-Qaidə üçün atdığı silahları ələ keçirdi - Foto 15 Aprel 2015 01:00 Yəmən Yəmənin Ənsarullah hərəkatı qüvvələri və xalq inqlabi komitələri Səudiyyə təyyarələrdən Yəmənin cənub-qərbindəki Şibvə əyalətindəki yaraqlılara atdığı odlu silah və döyüş sursatının bir hissəsini ələ keçiriblər. PressTV-nin məlumatına görə, aprelin 13-də Səudiyyənin qırıcıları istefa vermiş sabiq prezident Hadi tərəfdarlarının və "Əl-Qaidə" terrorçularının götürəcəyi ümidilə silah və döyüş sursatı ilə dolu bağlamaları Əl-Ənad hərbi hava bazasının yaxınlığına atıblar. Hərbi sursat dolu bağlamalar Səudiyyənin istəyinin əksinə olaraq xalq inqilabi komitələri və Ənsarullah döyüşçülərinin əlinə keçib. Qeyd edək ki, Səudiyyə hərbi təyyarələri dəfələrlə Yəmənə qarşı Ər-riyadın hərbi təcavüzünü dəstəkləyən yaraqlılara silah atıb./ Teqlər : #Yəmən xalq ordusu Səudiyyənin ƏlQaidə üçün atdığı silahları ələ keçirdi Foto, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən xalqının Ərəbistanın hərbi müdaxiləsinə qarşı aksiya keçirib Səudiyyə şahzadəsinin Yəmən sərhədi yaxınlığında ölməsi təsdiqləndi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'