Yəmən Ənsarullahı: Səudiyyəli təcavüzkarlar Yəməndə məğlub olublar

Maide.az-ın məlumatına görə, Yəmən Ənsarullahı Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam Yəmənin "əl-Məsirə" televiziyasına verdiyi müsahibədə Səudiyyə Ərəbistanı qırıc təyyarələrinin Sənanın bölgələrinə hücumları barəsində bildirib ki, Amerika və Səudiyyə Ərəbistanının Yəmənə təcavüzlərinin davam etməsi yeni məsələ deyil: "Təcavüzkarlar Cəbəl məntəqəsində silah anbarının olması bəhanəsi ilə həmin məntəqəni hədəfə alıblar və Sənanın yaşayış massivlərinə xəsarət vurublar." 
 
Ənsarullah Hərəkatının sözçüsü əlavə edib ki, təcavüzkarlar yəmənlilərin evləri, infrastrukturları və xəstəxanaları dağıdırlar, lakin Yəmən xalqını təslim edə və ona nəzarəti ələ keçirə bilməzlər: "Təcavüzkarlar bir neçə saat öncə iddia etdikləri atəşkəsin bərqərar olunmasından sonra bu hücumlarla yəmənliləri qorxutmaq və səhnədə iştirak edərək Yəmən xalqını hədəfə ala biləcəkləri təsəvvürünü yaratmağa çalışırlar. Lakin Yəmən xalqının bu hücumlardan heç bir qorxusu yoxdur və heç vaxt öz izzət və kəramətinə göz yummayacaq. Təcavüzkarlar bu iki ayda məqsədlərindən heç birinə çatmadı, Yəmən xalqını diz çökdürə bilmədi və bu gün təcavüzkarların geri çəkilməsinin şahidiyik. Bu təcavüzdən hər gün keçdikcə yəmənlilərin daha artıq birliyinin şahidi oluruq. Yəmən xalqı səbirlidir və təcavüzkarlar və amansız mühasirə qarşısında öz izzəti və azadlığını qorumaq üçün uzunmüddətli müharibəyə hazırdır."

Google+ WhatsApp ok.ru