Yəmən Ərəbistanın amansız hücumlarına məruz qalır

Atəşkəsin elan olunmasına bir neçə saatın qaldığı bir vaxtda Yəmən vətəndaşları Ərəbistan və müttəfiqlərinin ağır hücumlarına məruz qalıblar.
 
Maide.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri paytaxt Sənanın Nəqəm, əl-Həfa və digər bölgələrini 5 dəfə bombardman ediblər. Nəticədə 89 nəfər həlak olub 290-dan çox yəmənli yaralanıb. 
 
Ərəbistan qırıcılarının Nəqəm məntəqəsinə hücumunda bir qan mərkəzi dağılıb və əl-Surə xəstəxanasına çoxlu xəsarətlər dəyib. 
 
Ərəbistan qırıcılarının Ədən şəhərinə hücumunda isə onlarla sivil həlak olub və yaralanıb. 
 
Yəmənin Səhiyyə Nazirliyi bu ölkədə dərman və tibbi təchizatın çatışmazlığını faciəvi adlandırıb. 
 
Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr cümə günü Yəmənə hava hücumların çərşənbə axşamı günü gecə saat 23:00-dan 5 gün müddətinə dayandırılacağını bildirib. 
 
Ərəbistan və müttəfiqlərinin Yəmənə hücumları 26 martdan başlayıb. İndiyə qədər minlərlə yəmənli bu təcavüz nəticəsində həlak olub və yaralanıb.

Google+ WhatsApp ok.ru