Yəmən hücumlar və aclıq altında

Ali-Səud qırıcı təyyarələrinin Həccə və ədən vilayətlərinə hava hücumları ötən gecə davam edib.
 
Maide.az-ın məlumatına görə, Həccə vilayətinin Hirz şəhərciyinə hücumda 5 yəmənli yaralanıb. 
 
Hava hücumları ilə yanaşı Ərəbistanın quru qüvvələri də ötən gecə Sədə vilayətinin Mənbə və Ədən vilayətinin Darus-Səəd məntəqəsinə hücum edərək bu bölgələrə nüfuz etmək niyyətində olublar. Lakin Ənsarullah qüvvələrinin müqaviməti ilə üzləşərək ağır xəsarət veriblər. Bu hücumda 10 ərəbistanı muzdlu öldürülüb, ən azı 40 nəfər də yaralanıb. 
 
Yəmən ordusu və müqavimət qüvvələri qarşılıq verərək əl-Zəhran, əl-Qəsibat, əl-Qaim və əl-Xubədə düşmənin mövqelərini hədəfə alıblar.

Google+ WhatsApp ok.ru