Yəmənli aparıcı Səudiyyə Ərəbistan rejiminə maraqlı etiraz etdi

Maide.az xəbər verir ki, məlum olduğu kimi bu il Səud rejimi Yəmən müsəlmanlarını Həcc ziyarətinə buraxmayıb. Buna etiraz olaraq Yəməndə fəaliyyət göstərən televiziyalardan birinin aparıcısı verlişə ehram paltarında gəlib.
O, verlişi  təkbir və  “Ləbbeyk Allahummə Ləbbeyk” zikrini deməklə başlayıb. 
Qeyd edək ki, sentyabrın 15-də də yüzlərlə Yəmənli Səudiyyə rejiminin Yəmənlilər üçün həccə embarqo qoymasına etiraz əlaməti olaraq özünəməxsus şəkildə ehram paltarları geyinərək etiraz etmişdilər.  /
 

Google+ WhatsApp ok.ru