Yəmən Suriyaya çevrilir: 2.4 milyon qaçqın

Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri ilə Husilər arasındakı münaqişələrə görə Yəməndə 2.4 milyon insanın qaçqın halına gəldiyini açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stphane Dujarric Səudiyyə Ərəbistanın Yəmənə hərbi hücumlarını başladığı 2015-ci ilin martından bu yana 2.4 milyon insanın qaçqın vəziyyətinə düşdüyünü qeyd edərək, Yəməndə yaşanan humanitar faciənin gələcəkdə daha da ağırlaşacağı xəbərdarlığını edib.
 
Birləşmiş Millətlər Yəməndə davamlı sülhün təmin olunması üçün işlərini davam etdirdiyi bir vaxtda BMT-nin Yəmən Xüsusi Nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd 4 günlük Səudiyyə Ərəbistanı səfəri çərçivəsində ölkəsini sataraq fərarilik edən prezident Mansur Hadi və Körfəz Əməkdaşlıq Təşkilatının baş katibi Əbdüllətif Rəşid Zayani ilə görüşüb.
 
Dünən də Səudiyyə Ərəbistanı ilə Ənsarullah Hərəkatı nümayəndələrinin ötən həftə Yəmən-Səudiyyə Ərəbistanı sərhədində danışıqlar apardığı açıqlanmışdı.

Google+ WhatsApp ok.ru