Yəməndə üç il ərzində 85 min uşaq qidalanma problemindən ölüb

Yəməndə üç il ərzində 85 min uşaq qidalanma problemindən ölüb

İngiltərədə "Uşaqları Xilas Edin" (Save The Children) xeyriyyə təşkilatı Yəməndəki uşaqların durumu ilə bağlı məlumat yayıb. 

Məlumata görə, Yəməndə üç illik müharibədə beş yaşından kiçik təxminən 85 min uşaq aclıq və qidalanma problemindən ölüb.

Qidalanma olmadığı üçün uşaqların orqanları funksiyalarını itirib. Nəticədə ölümlə üzləşblər.

Yəməndə uşaqların bağırsaq sistemləri çox zəifdir. Hər kiçik infeksiyaya yoluxma təhlükəsi var.   Son Hudeyda hücumlarından sonra Yəməndə hava hücumlarında öldürülən uşaqların sayı 150 min nəfəri keçib. /eastnews.org/

Google+ WhatsApp ok.ru