Yəməndə 53 nəfər difteriya xəstəliyinin qurbanı olub

Yəməndə 53 nəfər difteriya xəstəliyinin qurbanı olub

-- Yəmənin 19 əyalətinin 132 şəhərində...

Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə acınacaqlı müharibə vəziyyətinin yaratdığı difteriya xəstəliyinin yayılması nəticəsində ölənlərin sayını 53 nəfər elan edib. 
 
Maide.Az  “İQNA”-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı yayımladığı hesabatda  Yəmənin 19 əyalətinin 132 şəhərində 769 nəfərin bu xəstəliyə tutulduğunun ehtimal olduğunu bildirib. 
Hesabatda bu xəstəliyin əsasən Yəmənin “İb” və “Hədidə” əyalətlərində daha çox yayıldığı vurğulanır.
 
Bundan öncə də keçən ilin yaz aylarında vəba xəstəliyinin yayılması nəticəsində Yəməndə 2 min 200-dənn çox insan həyatını itirmişdi və hazırda Yəməndə bu xəstəliyə yoluxanların sayı 1 milyon nəfərə yaxındır. 
 
BMT- nin verdiyi hesabata görə, Yəməndə tibbi ocaqları və xəstəxanaların  dağılması,işləməməsi və tibbi avadanlıq çatışmamazlığılna görə, 15 milyon yəmənli tibbi xidmətlərdən məhrumdur. Yəmənlilər sağlam qidalanmadığı üçün  hazırda 3 milyon nəfər insan vəba xəstəliyinə yoluxma təhlükəsi ilə üz-üzədir.
 

Google+ WhatsApp ok.ru