12 yaşlı uşaq özünü güllələdi

Sabirabad rayonunda bədbəxt hadisə baş verib. Hadisə noyabrın 13-də rayonun Moranlı kəndində baş verib.
 
Otlaq sahəsində olan kənd sakini 12 yaşlı Taleh Sadıqov ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
 
Sabirabad RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng götürülüb.  Qafqazinfo /

Google+ WhatsApp ok.ru