Hərbi Prokurorluğun əməkdaşı intihar edib

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məsul şəxsi intihar edib.
 
Maide.az saytı AzNews.az-a istinadən xəbər verir ki, prokurorluğun bölmə hissə rəisi, qurumun maliyyə məsələlərinə baxan Allahverdi Hüseynov özünü öldürüb.
 
Məlumata görə, bir müddət əvvəl idarədə yoxlamalar aparılıb. Yoxlamalar zamanı külli miqdarda maliyyə kəsri olub və rəisin də bu səbəbdən intihar etdiyi güman edilir.
 
Məsələ ilə bağlı sözügedən qurumun Mətbuat Xidməti heç bir sualı cavablandırmayıb. /
 

Google+ WhatsApp ok.ru