Astarada partlayış: bir nəfər xəsarət alıb

Astarada fərdi yaşayış evində partlayış baş verib, bir nəfər xəsarət alıb.

Maide.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Astara rayonu, Məscidməhəllə kəndində vətandaşa məxsus ümumi sahəsi 180 kv.m olan və hər mərtəbəsi 90 kv.m olam ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış baş verib. Yanğın hadisəsi baş verməyib.

Hadisə zamanı 1-ci mərtəbədə olan otaqların qapı-pəncərələri çərcivədən çıxıb, 1 nəfər müxtəlif yanıq xəsarətləri alaraq yanğınsöndürənlər çatana kimi aidiyyəti üzrə aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. /

Google+ WhatsApp ok.ru