Ağsuda məsciddə yanğın

Ağsuda məsciddə yanğın

Bu gün günortaya yaxın Ağsu rayonu, Çiyni kəndində məscidin ərazisində ümumi sahəsi 504 m2 olan mərasim zalının lambirdən ibarət tavanı 23 m2 sahədə yanıb.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Maide.Az-a verilən məlumata görə, mərasim zalının qalan hissəsi və məscid yanğından mühafizə olunub.
 
Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. /

Google+ WhatsApp ok.ru