Bakıda dəm qazından 3 nəfər boğulub

Bakıda dəm qazından 3 nəfər boğulub

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.
 
Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb. Rayon sakinləri, 18 yaşlı Xanım Zeynalova və onun xalası qızı, 13 yaşlı Aytən Allahverdiyeva yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
 
 
Həmçinin Bakıda daha bir dəm qazından boğulma halı Binəqədi rayonunda baş verib.

 

Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini, 1968-ci il təvəllüdlü Nuray Mehdiyev yaşadığı evdə dəm qazından boğularaq ölüb.

 

Hər üç faktla bağlı araşdırma aparılır. (apa) /

 

Google+ WhatsApp ok.ru