Azərbaycan SQ dağlıq ərazidə təlim keçirib 22 İyun 2020 14:00 Hərb Azərbaycan Silahlı Qüvvələrinin bölmələri dağlıq ərazidə hücumun planlaşdırılması və aparılması tapşırıqlarının icrası üzrə təlim keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi verdiyi məlumata görə, təlimə 800 nəfərədək şəxsi heyət, 100-dək zirehli döyüş və avtomobil texnikası, 40-dək müxtəlif çaplı artilleriya qurğusu, 6 ədəd döyüş və nəqliyyat helikopterləri cəlb olunub. Təlimin məqsədi komandirlərin dağlıq ərazidə döyüş bacarıqlarının təkmilləşdirilməsi, dağlıq ərazidə hücum döyüşlərinin aparılması zamanı bölmələrin idarəolunması, şəxsi heyətin fiziki dözümlülüyünün yoxlanılması, eləcə də bölmələrin qarşılıqlı fəaliyyətinin təşkili olub. Həyəcan siqnalı ilə qaldırılan bölmələr ehtiyat rayonunun tutulması, dağ aşırımlarının və hakim yüksəkliklərin ələ keçirilməsi, əsas qüvvələrin hücumu üçün əlverişli şərait yaradılması tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib. Təlimin yekun mərhələsində döyüş atışları icra olunub. Teqlər : #Azərbaycan,#dağlıq,#ərazidə,#təlim,#keçirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ordu genişmiqyaslı əməliyyat-taktiki təlimlər keçirəcək Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'