Qoşunların təmas xəttində monitorinq keçiriləcək 10 Mart 2020 11:06 Hərb ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 11-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər. Teqlər : #Qoşunların,#təmas,#xəttində,#monitorinq,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır Ermənistan Naxçıvan cəbhəsində atəşkəsi pozub, düşmənə qarşı cavab tədbirləri görülür
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'