Bakıda ruhi əsəb dispanserində xəstə ölüb

Bakıda ruhi əsəb dispanserində xəstə ölüb

Bakıda ruhi əsəb dispanserində ölüm faktı qeydə alınıb. Hadisə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində baş verib.
 
Belə ki, dispanserdə müalicə olunan 1961-ci il təvəllüdlü Abdullayev Etibar Kamil oğlu dünyasını dəyişib. Onun uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
 
E.Abdullayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.(report) 
 

Google+ WhatsApp ok.ru