Güclü leysan Hacıqabulun bir sıra kəndlərində ciddi fəsadlar törədib - FOTO

Güclü leysan Hacıqabulun bir sıra kəndlərində ciddi fəsadlar törədib - FOTO

Aramsız yağan güclü yağış Hacıqabulun bir sıra kəndlərində ciddi fəsadlar törədib.
 
Maide.Az AZƏRTAC-a istinadən verdiyi xəbər verir ki, təbii fəlakətdən ən çox Qubalı və Tavan kəndləri ziyan çəkib. Güclü leysan nəticəsində Pirsaat çayı məcrasından çıxıb. Qubalı kəndində 15 fərdi yaşayış evini su basıb, nar bağları, əkin sahələri su altında qalıb, təsərrüfatda ev quşları tələf olub. Pirsaat çayının üzərindəki körpünü su basdığından kəndlə rayon mərkəzini birləşdirən avtomobil yolunda hərəkət 2-3 saat ərzində dayanıb.
 
Təbii fəlakətin aradan qaldırılması və vətəndaşlara dəyən ziyanın dəyərini müəyyən etmək üçün Hacıqabul Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən komissiya yaradılıb.
 
Hazırda təbii fəlakətin fəsadları aradan qaldırılır.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru