Fevralın 22-də  Şeyx Sərdar Hacıhəsənlinin həbs müddəti başa çatır

Fevralın 22-də Şeyx Sərdar Hacıhəsənlinin həbs müddəti başa çatır

Maide.Az xəbər verir ki, Fevralın 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbs müddəti başa çatır. 
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon məscidində cümə namazı qıldığına görə rayonun icra başçısı onun barədə polisə şikayət edib. O, 2017-ci ilin fevral ayının 22-də saxlanılıb. 
 
Şikayət əsasında ona cinayət işi açılıb və  2017-ci ilin iyul ayının 3-də Masallı Rayon Məhkəməsində Şeyx Sərdara hökm oxunub. 
Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Google+ WhatsApp ok.ru