Orqanizmdə D vitaminin artıqlığı sümüklərə mənfi təsir edir 08 Yanvar 2016 02:00 Sağlamlıq İsveçrə alimləri sübut edib ki, orqanizmdə D vitaminin həm defisiti, həm də artıqlığı sümüklərin sağlamlığına mənfi təsir edir. Bu vitaminin artıqlığı yaşlı insanlarda təsadüfi yıxılmaların və nəticədə sınıqların riskini artırır. Xarici mətbuatın məlumatına görə, Sürix Universiteti (University of Zurich) alimləri araşdırma nəticəsində belə qərara gəliblər ki, D vitaminin artıqlığı yaşlı insanlarda hərəkətlərin koordinasiyasını pozur ki, bu da tez-tez yıxılmalara səbəb olur. Bu səbəbdən yaşlı insanlar D vitaminini yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etməli və həkim təyin etdiyi dozanı aşmamalıdır. Saglamolun / Teqlər : #Orqanizmdə D vitaminin artıqlığı sümüklərə mənfi təsir edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dərman mafiyasının gizlinləri Səhiyyə Nazirliyi: Donuz qripi ilə bağlı lazımı dərman ehtiyatı yaradılıb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir