Səhiyyə Nazirliyi: Donuz qripi ilə bağlı lazımı dərman ehtiyatı yaradılıb 09 Yanvar 2016 02:00 Sağlamlıq “İndiyədək “donuz qripi” ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal qeydə alınmayıb”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Rakif Abdullayev deyib. O bildirib ki, indiyədək virusla bağlı müraciət daxil olmayıb: “Müraciətlər yalnız hər il olduğu kimi mövsümi qriplə bağlıdır”. R. Abdullayev əlavə edib ki, qripin müalicəsi üçün lazımı dərman ehtiyatı yaradılıb. Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin “donuz qripi” ilə bağlı imzaladığı əmrlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Qeyd edək ki, Azərbaycanda qonşu olan İranda ötən il 33, bu il isə Türkiyədə 13 nəfər “donuz qripi” epidemiyasının qurbanı olub. Teqlər : #Səhiyyə Nazirliyi: Donuz qripi ilə bağlı lazımı dərman ehtiyatı yaradılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Orqanizmdə D vitaminin artıqlığı sümüklərə mənfi təsir edir Azərbaycanda ana və övladı doğuş zamanı ölüb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir