2015-ci ilin əvvəlindən Azərbaycan Silahlı Qüvvələrinin itkisi 38 nəfər təşkil edib

2015-ci ilin altı ayında Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda itki 38 nəfər təşkil edib. Bunun 15-i döyüş (14 nəfər erməni gülləsindən həlak olub, bir nəfər minaya düşüb), 23-ü qeyri-döyüş itkisidir. Bu barədə “Xəzər” Hərbi Araşdırmalar İnstitutu KİV və sosial şəbəkələrdəki monitorinqin nəticələrinə əsasən bildirib.
 
Mənbəyə görə, 7 hərbçi intihar edib, 6-ı nizamnamədənkənar münasibətlərin qurbanı olub  (xidmət yoldaşlarına atəş açma), 3 nəfər ehtiyatsızlıq səbəbindən həlak olub, 2 nəfər qar uçqununa düşüb, 1 nəfər xəstəlikdən vəfat edib.
 
Ölənlərin 32-i Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-i FHN, 1-i MTN-in hərbçisidir.
 
İcmal dövründə 7 hərbçi yaralanıb və ya müxtəlif bədən xəsarəti alıb. 4 nəfər cəbhədə yaralanıb, bir nəfər minaya düşüb, bir nəfər nizamnamədənkənar münasibətlərdən əziyyət çəkib, bir nəfər bədbəxt hadisə nəticəsində ölüb.
 
Yaralananlardan 6-ı Müdafiə Nazirliyinin, 1-i FHN-in hərbçisidir.
 
İnstitut müdaifə və təhükəsizlik sektorunun itkinin daha çox olduğunu istisna etmir.
 
“Xəzər” Hərbi Araşdırmalar İnstitutu 2014-cü ildə Almaniyada Cəsur Sümərinli tərəfindən yaradılıb. O, Azərbaycanda təqiblərə məruz qaldığından sığınacaq axtarmağa məcbur olub.
 
Qurumun məqsədi Xəzər hövzəsi ölkələrində, həmçinin Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sektorunda proseslərin təhlili, strateji proqnozlaşdırmanın hazırlanmasıdır.

Google+ WhatsApp ok.ru