Əsgər əsgəri 17 güllə ilə öldürüb 22 Fevral 2016 02:00 Hərb Fevralın 20-də Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissələrindən birində xidmət edən əsgər Sənan Mehdizadə vəfat edib. 22 yanvar 1995-ci il təvəllüdlü S.Mehdizadənin əsgər yoldaşı tərəfindən güllələndiyi bildirilir. Bu barədə məlumatı əsgərin qardaşı Kənan Mehdizadə də öz facebook səhifəsində paylaşıb. Məlumata görə, S.Mehdizadə əsgər yoldaşı tərəfindən açılan 17 güllə ilə dünyasını dəyişib. S.Mehdizadə 2015-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb. Bu barədə DSX-nın növbətçi hissəsi ilə əlaqə saxladıq. Əsgərin ölümü ilə bağlı sualı eşitdikdə dəstəyi yerə qoydular.meydantv / Teqlər : #Əsgər əsgəri 17 güllə ilə öldürüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Birliklərdə tank heyətlərinin yarışları keçirilir - FOTO-VİDEO Rusiyanın Ermənistandakı tankçıları təlimə başlayıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'