Ağdamda atışma başladı

Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıb

Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar. 
 
ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilər Ağdamın işğal altında olan Bayramlar kəndindəki mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini ara-sıra atəşə tutublar.
 
Ağdamın Çıraqlı kəndi hazırda atəşə tutulur. Atışma zamanı avtomat silahlardan istifadə olunduğu bildirilir. 
 
Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb. 
 
İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan yoxdur. 
 
Bu dəqiqələrdə tərəflər arasında yenə də atışma gedir. Düşmən cavab atəşi ilə susdurulur.

Google+ WhatsApp ok.ru