ATƏT növbəti dəfə cəbhə xəttindəki vəziyyəti araşdıracaq 01 İyul 2014 01:00 Hərb ATƏT növbəti dəfə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyəti araşdıracaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 2-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçirəcəklər. Teqlər : #ATƏT növbəti dəfə cəbhə xəttindəki vəziyyəti araşdıracaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hərbi xidmət keçmə yerinizi BURADAN öyrənə bilərsiniz Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'