Atəşi pozan erməni ordusu cavabını itki ilə aldı

Bu gün axşam saatlarında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Ağdam istiqamətində erməni ordusunun daha bir əsgəri məhv edilib.
 
Maide.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi 1995-ci ildə anadan olmuş əsgər Ovsep Samsonoviç Andreasyanın Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə öldürüldüyünü bildirib.
 
Xatırladaq ki, təmas xəttinin həmin istiqamətində martın 27-də Azərbaycan ordusunun baş leytanantı düşmən gülləsindən şəhid olmuşdu. Doğrudur, əsgər Ovsepin məhv edilməsi zabitimizin qanının yerdə qalmadığını göstərir, ancaq qisasın hələ qismən alındığını demək olar...

Google+ WhatsApp ok.ru