Azərbaycan Rusiyadan təlim-döyüş təyyarələri alacaq 29 İyul 2014 01:00 Hərb Azərbaycanın hərbi pilotları artıq təyyarədə uçuşlar həyata keçirib, texniki-taktiki göstəriciləri ilə yaxından tanış olublar Rusiya Azərbaycana Yak-130 (NATO kodu «Mitten») təlim-döyüş təyyarələrinin ixracına hazırlaşır. Bu barədə APA -ya təyyarənin istehsalçısı olan «İrkut» şirkətindən məlumat verilib. Rusiya tərəfi təyyarənin Azərbaycan Hərbi Hava Qüvvələri üçün təqdimatını keçirib. Ötən il Rusiyada səfərdə olan Azərbaycanın hərbi pilotları təyyarədə uçuşlar həyata keçirib, texniki-taktiki göstəriciləri ilə yaxından tanış olublar. «Bəzi prosedurlar həyata keçirilir. Düşünürük ki, Azərbaycan yaxın gələcəkdə Yak-130 istifadəçisi olan ölkələr siyahısında yer alacaq», - deyən şirkət nümayəndəsi Azərbaycanın konkret olaraq neçə təyyarə alacağını açıqlamayıb. İkiyerli təlim-döyüş təyyarəsi olan Yak-130 "4++" və "5"-ci nəsil döyüş təyyarələrinin pilotlarının hazırlanması üçündür. Təyyarənin silahlanmasında idarə olunan və olunmayan raketlər yer alır. Hazırda bu təyyarələr Rusiya, Belarus və Əlcəzairin silahlanmasında yer alır. Teqlər : #Azərbaycan Rusiyadan təlimdöyüş təyyarələri alacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sərhəd bölgəsində iki gündü gərginlikdir Cəbhəboyu atışma
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'