Azərbaycanın döyüş təyyarələri cəbhə xətti boyu uçuşlar həyata keçirir

Azərbaycanın döyüş təyyarələri cəbhə xətti üzərində uçuşlara başlayıb.
 
APA-nın məlumatına görə, döyüş təyyarələri bu gün Tərtər və Ağdam istiqamətində uçuşlar həyata keçirir.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya faktı təsdiqləyiblər.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı APA-ya açıqlamasında Azərbaycan HHQ-nin döyüş təyyarələrinin uçuşlarının planlı şəkildə həyata keçirildiyini bildirib.

Google+ WhatsApp ok.ru