Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

Azərbaycan Ordusunda silahlı insident olub.
 
Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
 
Əsgərin vəziyyəti kafi qiymətləndirilir.  

Google+ WhatsApp ok.ru