Azərbaycan Ordusunun hərbçisi döyüş postunda şəhid olub

Azərbaycan Ordusu şəhid verib.
 
Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.
 
Düşmənlə atışmada Silahlı Qüvvələrimizin əsgəri, 1995-ci ildə Astara rayonunda anadan olan Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Google+ WhatsApp ok.ru