Azərbaycan Silahlı Qüvvələrinin generalı və polkovniki ehtiyata buraxılıb 31 Yanvar 2015 02:00 Hərb Müxtəlif dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif strukturlarında və xarici ölkələrində hərbi attaşesi vəzifələrində çalışmış yüksək rütbəli iki zabit ordu sıralarından ehtiyata buraxılıb. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Almaniya və İspaniyada keçmiş hərbi attaşesi, general-mayor Vaqif Rəsulov və Azərbaycanın Ukrayna və Türkiyədəki keçmiş hərbi attaşesi, polkovnik Tofiq Qasımov ordu sıralarından ehtiyata göndərilib. Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqlənib. Nazirlikdən APA-ya bildirilib ki, hər iki hərbi qulluqçu müvafiq qaydada ehtiyata buraxılıb. Qeyd edək ki, general-mayor Vaqif Rəsulov hərbi attaşe vəzifəsindən əvvəl Müdafiə Nazirliyinin İnformasiya idarəsinin rəisi, polkovnik Tofiq Qasımov isə Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsində çalışıb. Teqlər : #Azərbaycan Silahlı Qüvvələrinin generalı və polkovniki ehtiyata buraxılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Atəşkəs rejimi 80 dəfə pozulub Müdafiə Nazirliyindən Ermənistana qəti xəbərdarlıq
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'