Azərbaycan MN: Erməni silahlı bölmələri sutka ərzində atəşkəsi 37 dəfə pozub 21 Aprel 2015 01:00 Hərb Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub. Maide.az-ın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Sarıcalı, Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Azərbaycan MN: Erməni silahlı bölmələri sutka ərzində atəşkəsi 37 dəfə pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zakir Həsənov: “Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir” Azərbaycanla İran müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'