Azərbaycan MN hərbçilərin həbs olunması barədə xəbərlərə aydınlıq gətirib 29 İyul 2015 01:00 Hərb “Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Nazirliyin mətbuat xidmətindən deyilib ki, həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda istintaq aparılır: “Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır”. Qeyd edək ki, yüksək rütbəli hərbçilərin həbs olunması barədə ilk məlumatı haqqin.az saytı yayıb. Teqlər : #Azərbaycan MN hərbçilərin həbs olunması barədə xəbərlərə aydınlıq gətirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın hərbi gəmiləri Mahaçqala limanına yan alıb Cəbhədə gərgin gecə: minaatanlar susmadı
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'